Putindən Poroşenkoya kritik zəng

Putindən Poroşenkoya kritik zəng
  03 Sentyabr 2014    Oxunub:2043
Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Pyotr Poroşenko ilə telefon vasitəsilə danışıqlar aparıb.
AzVision.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

“Prezidentlər Ukraynada hərbi və humanitar böhranla bağlı müzakirələr aparıb. Putin və Poroşenko bu ölkənin cənub-şərqində qanlı döyüşlərin tezliklə dayandırılması üçün ilk növbədə atılmalı olan addımlar barədə fikir mübadiləsi aparıb. Hər iki ölkə başçısının Ukraynadakı böhranının aradan qaldırılması ilə bağlı fikirləri əhəmiyyətli dərəcədə üst-üstə düşür” –deyə, Peskov bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti