Dinləmə iddiasına ABŞ-dan reakisya

Dinləmə iddiasına ABŞ-dan reakisya
  03 Sentyabr 2014    Oxunub:1482
ABŞ Dövlət Katibinin sözcüsü Cen Psaki ABŞ-ın Türkiyəni dinləməsi ilə bağlı Almaniya mətbuatında yer alan iddialara münasibət bildirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ceyn Psaki siyasi səbəblərə görə bu iddiaya ictimaiyyət qarşısında şərh verməyəcəyini deyib:

“Amma sizi əmin edirəm ki, bu iddialarla bağlı Türkiyə rəsmiləri ilə danışmışıq”.

Jurnalistlərin “əgər bu iddialar doğrudursa, ABŞ hökumətinin Türkiyədəki fəaliyyətini dayandıracaqmı?” sualına Cen Psaki belə cavab verib: “ABŞ prezidenti Barak Obama ölkəsinin kəşfiyyat məlumatları toplamaq üsullarına dəyişikliklər edilməsi barədə çıxışını yenidən xatırlatmaq istəyirəm. Bundan əlavə deyəcəyim heç bir şey yoxdur”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti