`Bəzi beynəlxalq təşkilatların mövqeyilə barışa bilmərik`

- Təəssüf hissilə qeyd edirik ki, Avropada özünü demokratik dəyərlərin qoruyucusu və insan haqlarının müdafiəçisi kimi göstərən Avropa Şurası kimi bir təşkilatın verdiyi bəyanatda da ikili standart müşahidə olunur. Bu təşkilatların Azərbaycan dövlətinə qarşı tutduğu siyasətlə barışa bilmərik. Vətənə xəyanət ittihamı ilə həbsə atılan Leyla və Arif yunusovlara qarşı konkret ittiham olduğu halda və istintaqın getdiyi bir vaxtda bu cür bəyanatlar verməsi heç bir hüquqa söykənmir.
Dünyanın ən inkişaf etmiş ölkələrində belə bu cür həbslərin şahidi oluruq. AŞ qonşu Gürcüstanda 100-dən artıq şəxsin siyasi məhbus olduğunu iddia etsə də, nədənsə Gürcüstanla bağlı indiyə qədər hər hansı bir bəyanat verməyib. Gürcüstanda həbs olunanların siyahısına nəzər yetirdikdə onların əksəriyyətinin jurnalist, QHT üzvü, bloqçu, hüquq müdafiəçisi olduqlarını görürük.
Digər tərəfdən, vətəndaşın hansı status daşımasından asılı olmayaraq, qanun qarşısında hamı bərabərdir və bu məsələ ilə bağlı heç bir beynəlxalq təşkilat Azərbaycan dövlətinə yönəlik siyasət apara bilməz!”