Rusiya Qazaxıstanı işğal etməlidir – Jirinovski

Rusiya Qazaxıstanı işğal etməlidir – Jirinovski
  30 Avqust 2014    Oxunub:5443
Rusiya Liberal Demokrat partiyasının lideri Vladimir Jirinovski hesab edir ki, Qazaxıstanda anti-Rusiya əhval-ruhiyyəsinin hökm sürməsini əsas gətirərək, Rusiyanın bu ölkəni işğal etməli olduğunu bildirib.
AzVision.az-ın məlumatına görə, bu barədə rusiyalı siyastətçi “Exo Moskva” qəzetinə müsahibəsində bildirib.

“Baxmayaraq ki, Rusiya qazaxları cunqurlardan xilas edib, hazırda Qazaxıstanın bütün müasir dərsliklərində anti-Rusiya əhval-ruhiyyəsi hökm sürür. Qazax ulusları cunqurlardan gələn təhlükə ilə əlaqdar Rusiya çarından dəfələrlə kömək istəyib. Məhz bundan sonra Rusiya çarı ordu göndərərək Şimalı Qazaxıstanı azad edib” – deyə, Jirinovski bildirib.

Onun sözlərinə görə, Qazaxıstanda xeyli sayda rus adları olan şəhərləri var: Semiriçye, Ust-Kamenoqorsk, Artyoevsk, Semipalatinsk. Lakin Jirinovski Qazaxıstan məsələləsində səbrli olmağı səsləyib: “Hələ gözləyək. Ukrayna ilə olan məsələni həll edək. Qazaxıstan Gömrük İttifaqının üzvüdür”.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib ki, Qazaxıstan prezidenti “indiyə kimi dövlət olmayan ərazidə dövlət yaradıb”.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti