ABŞ-da kütləvi həbslər başladı

ABŞ-da kütləvi həbslər başladı
  20 Avqust 2014    Oxunub:1657
ABŞ-ın Missuri ştatı Ferqüsson şəhərində polisin 18 yaşlı yeniyetmə Maykl Braunu güllələməsilə başlayan toqquşmalar davam edir.

Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir

Ferqüsson şəhər polisi son 24 saat ərzində qaradərili yeniyetmə Maykl Braunun ölümü ilə əlaqədar aksiyalarda iştirak edən 57 nəfəri saxlayıb.

İstirahətini yarımçıq qoyaraq Ağ Evə qayıdan prezident Barak Obama şəhərdəki vəziyyəti şəxsi nəzarətində saxlayacağını bildirib.

Qeyd edək ki, qaradərili Maykl Braun mağazanı qarət edərkən ağdərili polisin açdığı atəş nəticəsində həlak olub. Daha dəqiqi, Braun mağazadan bir qutu siqar götürüb və pulu verməyib, satıcıya kobudluq edərək gedib. Bu, mağazadakı kameranın çəkdiyi kadrlardan da görünür.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti