Dəniz Baykal CHP sədri olmaq istəyir

Dəniz Baykal CHP sədri olmaq istəyir
  20 Avqust 2014    Oxunub:1491
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Dəniz Baykal yenidən partiya sədrliyinə namizəd ola biləcəyini açıqlayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş sədr qurultaya qədər dəstək qazansa namizəd olacaq.

Yayılan məlumatlara görə, Dəniz Baykal bir neçə müddətdir ki, yenidən sədrlik üçün fəaliyyətə başlayıb. Lakin bu fəaliyyətini partiyanın bölgə təşkilatlarında toy və digər yığıncaqlara qatılmaqla gizlədir. Adının çox hallanmaması üçün hələlik kənarda dursa da onun da qurultayda namizəd olub partiya sədrliyinə qayıtmaq əsas hədəfi olduğu deyilir.

Qeyd edək ki, Türkiyədə avqustun 10-da keçirilən prezident seçkilərində məğlub olan CHP partiya üzvləri tərəfindən təniqdlərə məruz qaldı. Partiyanın sədr müavini sədr Kamal Kılıçdaroğlunu kəskin tənqid edərək vəzifəsindən istefa verdi.
Hazırda CHP sentyabrın 5-6-da keçiriləcək 18-ci qurultaya hazırlaşır.

Xatırladaq ki, Dəniz Baykal porno görüntülərinin yayılmasından sonra sədrlikdən istefa vermişdi.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti