İŞİD jurnalistin başını kəsdi - VİDEO

İŞİD jurnalistin başını kəsdi - VİDEO
  20 Avqust 2014    Oxunub:3044
İraq və Şam İslam Dövlətinin (İŞİD) yaraqlıları artıq iki ilə yaxındır itmiş hesab edilən amerikalı jurnalist Ceyms Foulini edam edib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

“Amerikaya mesaj” (A Message To America) adlı videoda Foulinin bəyanatı, həmçinin onun edamı da əks olunub.

Yaraqlılar ABŞ-ı öz qoşunlarını İraqdan çıxarmağa çağırıb. Əks halda onlar girov götürülən daha bir jurnalisti Coel Satloffu da edam edəcəklər.

Fotoqraf Fouli sonuncu çıxışında öz ölümünə görə ABŞ hakimiyyətini günahlandırır.

“Mən öz dostlarımı, ailəmi və yaxınlarımı mənim əsl qatillərimə, ABŞ hökumətinə qarşı inqilaba səsləyirəm. Mənim ölümüm-onların cinayətkar əməllərinin nəticəsidir” – deyə, Fouli bildirib.

Fouli öz bəyanatının sonunda ABŞ vətəndaşı olduğu üçün peşiman olduğunu vurğulayıb.



Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti