Türkiyənin yeni baş nazirinin adı AÇIQLANDI

Türkiyənin yeni baş nazirinin adı AÇIQLANDI
  20 Avqust 2014    Oxunub:4956
Davudoğlu Türkiyənin yeni baş naziri olacaq

Türkiyənin fəaliyyət müddəti başa çatan prezidenti Abdulla Gül Çankaya Köşkündə iş adamları, müğənnilər, yazıçılar, jurnalistlər və qeyri-hökumət təşkilatları ilə vida mərasimi keçirib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdən sonra A.Gül jurnalistlərin suallarını cavablandırıb.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayından danışan Gül vurğulayıb ki, qurultay prezident kürsüsünün təhvil verilməsi mərasimindən bir gün əvvəl baş tutacaq.

Onun sözlərinə görə, Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu olacaq.

“Belə görünür ki, partiya sədrliyi Əhməd Davudoğluna keçəcək. Əhməd bəyi siyasətə də, dövlət işinə də mən gətirmişəm. Mən baş nazir olanda onu səfir təyin etmişdim. Daha sonra da mən xarici işlər naziri olduğum 5 il ərzində birlikdə işləmişik. İnanıram ki, o bu işi müvəffəqiyyətlə yerinə yetirəcək. Onun uğuru Türkiyənin uğurudur. Biz də bildiklərimizlə ona dəstək olacağıq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti