İstanbulda azərbaycanlıların toplaşdığı kafeyə hücum olub

İstanbulda azərbaycanlıların toplaşdığı kafeyə hücum olub
  20 Avqust 2014    Oxunub:1879
Türkiyənin İstanbul şəhərində azərbaycanlıların toplaşdığı kafe hücuma məruz qalıb.
AzVision.az ans press-ə istinadən xəbər verir ki, hadisə avqust ayının 16-da Başakşəhər rayonunda baş verib. Naməlum silahlı kafeyə yaxınlaşaraq pəncərədən içəri atəş açmağa başlayıb. Hücum zamanı 11 nəfər yaralanıb. Yaralılar arasında azərbaycanlıların olub-olmadığı hələlik məlum deyil.

İhlas xəbər agentliyi hadisə anı təhlükəsizlik kameralarına düşən görüntüləri yayımlayıb. Kadrlarda silahlının kafeyə atəş açdıqdan sonra hadisə yerindən qaçdığı əks olunur. Şahidlərdən biri hadisə anını beə təsəvvür edib.

Kafenin çayçısı Cevdet Tayfun deyir ki, “Mən çöldə idim. Arxamı çevirəndə pəncərədən atəş açmağa başladı. Mən söyüş söyərək ona daş atdım və arxasınca qaçdım. Küçənin tinində mənə də atəş aşmaq istədi, lakin silah açılmadı. Bu, fərdi olaraq mənə və ya burada olan kiməsə qarşı edilmiş bir hücum deyil. Bu, ictimai bir hadisədir. Bu məsələyə diqqət yetirilməsini istəyirəm. Həqiqətən də, qrup halında bir yerdə toplaşa bilmirik. Mən bu kafeni yenidən açsam da heç kim bura gəlməz. Daha əvvəllər də hədələrlə qarşılaşmışıq”.

Faktla bağlı istintaq araşdırması başladılıb.


Teqlər:





Xəbər lenti