Yatsenyuk: “Putin Ukrayna iqtisadiyyatını çökdürür”

Yatsenyuk: “Putin Ukrayna iqtisadiyyatını çökdürür”
  19 Avqust 2014    Oxunub:2378
Ukraynanın Donbass vilayətinin bərpa olunması üçün 8 milyard ABŞ dolları lazımdır.
AzVision.az-ın Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Ukraynanın baş naziri Arseniy Yatsenyuk bildirib.

Hökumət başçısı həmçinin vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin qəsdən Donbass iqitsadiyyatını çökdürür: “Hazırda bölgə böhran içəsindədir. Onlar kömür mədənlərini dağıdır. İnsanları və iqtisadiyyatı öldürürlər”.

Qeyd edək ki, Ukraynanın şərqində aparılan hərbi əməliyyatlar nəticəsində Donetsk vilayətində istehsalat ötən aya nisbətən 40%, Luqansk vilayətində isə 60%-dən çox azalıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti