İŞİD-ə qarşı hücum başladı

İŞİD-ə qarşı hücum başladı
  19 Avqust 2014    Oxunub:2855
İraq ordusu ölkənin şimalında ən böyük şəhər olan Tikritin İŞİD yaraqlılarından azad olunması üçün hərbi əməliyyatlara başlayıb.
AzVision.az-ın məlumatına görə, bu barədə “Sky News Arabia” telekanalına istinadən xəbər verir.

Məlumata əsasən, İraq ordusu üç istiqamətdən – cənub, cənub-qərb və qərbdən şəhərə hücuma başlayıb. Yürüstü qüvvələrə havadan İraq aviasiyası da dəstək verir.

Tikrit şəhəri iyunun 12-dən etibarən İŞİD yaraqlılarının əlinə keçib. İraq ordusu bir neçə dəfə bu strateji əhəmiyyətə malik şəhərin azad edilməsi uğrunda hərbi əməliyyatlar keçirib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti