Avroliqada Azərbaycan reklamı - FOTO
Bu, dünən Avroliqanın 1/16 final mərhələsinin “Rubin”ə qarşı keçirilən birinci oyununda baş verib. “Atletiko” 2014-cü ilin yayına qədər avrokuboklarda keçirəcəyi bütün oyunlarda bu formaları geyinəcək.
Bundan başqa, artıq bir müddət sözügedən formanı azərbaycanlı azarkeşlər İspaniya çempionatının matçlarında da görə bilirlər. Müqavilə yekunlaşana qədər “Atletiko” La Liqada da “Land of Fire Azərbaijan” formasıyla meydana çıxacaq.
Qeyd edək ki, dünən keçirilən “Atletiko” – Rubin” oyunu 0:2 hesabı ilə yekunlaşıb.