Etirazçıları qızışdıran səbəblərdən biri də dünən Missuri ştatının qubernatoru Cey Niksonun şəhərdə fövqəladə vəziyyət tətbiq etmək barədə qərarı olub. Etirazlardan sonra qubernator Ferqüssonda komendant saatını ləğv edib və şəhərə Milli Qvardiyanın hissələri yeridilib.
Qeyd edək ki, istirahətini yarımçıq qoyaraq Ağ Evə qayıdan prezident Barak Obama şəhərdəki vəziyyəti şəxsi nəzarətində saxlayacağını bildirib.
AzVision.az