İsrail və Fələstin atəşkəsi uzatdı

İsrail və Fələstin atəşkəsi uzatdı
  19 Avqust 2014    Oxunub:1223
İsrail və HƏMAS tərəfi Qəzzada atəşkəs rejiminin daha bir gün uzadılması barədə razılığıa gəlib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Misirin xahişi ilə tərəflər sülh danışıqlarını davam etdirmək məqsədilə atəşkəs rejimini daha 24 saat uzadıb” – deyə, məluumatda bildirilir.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.

Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 1900-a çatıb. Münaqişə nəticəsində 70 İsrail vətəndaşı öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti