Merkel günahı boynundan atdı
Qeyd edək ki, Türkiyə hökuməti Almaniya xüsusi xidmət orqanları tərəfindən bu ölkəyə qarşı həyata keçirilmiş dinləmələrlə bağlı media məlumatlarını araşdırmaqda davam edir.
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirliyə çağırılan Almaniyanın Ankaradakı səfiri Eberhard Pohldan ölkəsinin bu məsələ ilə bağlı aydın şəkildə izahat verməsi tələb edilib.
Xarici işlər naziri Əhməd Davudoğlu mətbuata açıqlamasında bildirib ki, yaranmış problemlə bağlı onun almaniyalı həmkarı ilə telefon danışığı olacaq.
AzVision.az