Dünyanı ayağa qaldıran şəxs təslim olur

Dünyanı ayağa qaldıran şəxs təslim olur
  19 Avqust 2014    Oxunub:7305
İki il öncə dünyanı bir-birinə qatan "Wikileaks" saytının qurucusu Julian Assange polisə təslim olacaq.
AzVision.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə Assange özü açıqlama verib.

Ekvatorda Böyük Britaniya səfirliyində yaşayan Assange yaxın vaxtlarda səfirlikdən ayrılacağını və təslim olacağını bildirib.

Assange həmçinin səhhətində problemlərin yarandığını deyib.

Qeyd edək ki, İsveç dövləti tərəfindən Assange barəsində cinayət işi açılmışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti