Polislər xəbərdarlıqsız atəş açacaq – Rəsmi

Polislər xəbərdarlıqsız atəş açacaq – Rəsmi
  18 Avqust 2014    Oxunub:2757
Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın şərqində, anti-terror əməliyyatlarının keçirildiyi zonada polisə xəbərdarlıq etmədən atəş açmağa icazə verən qanun layihəsini imzalayıb.
Azvision.az-ın məlumatına görə, bu barədə Ukrayna prezidentinin rəsmi saytında xəbər yerləşdirilib.

“Ukrayna qanunverciliyinin “Polis haqqında” qanuna anti-terror əməliyyatları zonasında xidmət aparan polislərə xəbərdarlıq edilmədən fiziki güc, xüsusi vasitə və silahlardan istifadə etmək barədə səlahiyyətlərin verilməsi barədə mətn əlavə olunub” – deyə, məlumatda bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti