Obama istirahətini yarımçıq qoydu

Obama istirahətini yarımçıq qoydu
  18 Avqust 2014    Oxunub:2001
ABŞ prezidenti Barak Obama istirahətini yarımçıq qoyaraq Ağ Evə geri dönüb.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Obama vitse-prezident Cozef Baydenlə birgə İraqla bağlı müzakirələrdə iştirak edəcək. Daha sonra ABŞ prezidenti yeniyetmənin ölümü ilə əlaqədar bir neçə gündür ki, etiraz aksiyalarının keçirildiyi Ferqüsson şəhərindəki (Missuri ştatı) vəziyyəti müzakirə etmək üçün ABŞ-ın ədliyyə naziri ilə görüşəcək.

Qeyd edək ki, qaradərili Maykl Braun mağazanı qarət edərkən ağdərili polisin açdığı atəş nəticəsində həlak olub. Daha dəqiqi, Braun mağazadan bir qutu siqar götürüb və pulu verməyib, satıcıya kobudluq edərək gedib. Bu, mağazadakı kameranın çəkdiyi kadrlardan da görünür.

Onun öldürülməsi şəhərdə etiraz aksiyalarının keçrilməsinə səbəb olub. Hazırda Ferqüssonda komendant saatı elan edilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti