Türkiyə səfirliyinə silahlı hücum

Türkiyə səfirliyinə silahlı hücum
  18 Avqust 2014    Oxunub:2111
Türkiyənin Rusiyadakı səfirliyinə silahlı hücum olub.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən naməlum şəxs səhər saatlarında Moskvada yerləşən səfirliyin ərazisinə gələrək ov tüfəngindən atəş açmağa başlayıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları dərhal atəş açan şəxsi zərərsizləşdirib.

Hazırda faktla bağlı araşdırmalara başlayıb. Türkiyənin Moskvadakı səfirliyinin yerləşdiyi ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti