İranda onlarla azərbaycanlı həbs olunub

İranda onlarla azərbaycanlı həbs olunub
  18 Avqust 2014    Oxunub:3161
İran Təhlükəsizlik və İnformasiya Təşkilatı (ETTELAAT) Savalan dağına dinc yürüş təşkil etmək istəyən onlarla azərbaycanlını saxlayıb.
AzVision.az-ın məlumatına görə, bu barədə İran KİV xəbər yayıb.

Həbs olunan şəxslər arasında Həsən Colani, Cəfər Rüstəmi, Həbib Nahabxan, Fərhad Aslani, Səid Hüseyni və s. məşhur azərbaycanlı aktivistlər də var.

Bütün saxlanılan şəxslər “ETTELAAT”-ın Meşkinşəhrdə yerləşən mərkəzinə aparılıb. Burada onlara qarşı fiziki və mənəvi işgəncələr verilib. Bütün saxlanılan şəxslərə İslam rejiminə qarşı qeyri-qanuni addımların atılması maddəsi üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, Savalan dağı İran azərbaycanlılarının azadlıq simvolu hesab olunur.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti