Yenə gün çıxacaq

Yenə gün çıxacaq
  24 Aprel 2013    Oxunub:1513
Bakıda 15-20 dərəcə isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmtindən AzVision.az-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və səhər Bakı və Abşeron yarımadasının bəzi yerlərində qısa müddətli az yağış yağacaq.
Mülayim cənub-qərb küləyi əsəcək.

Bakıda gecə 6-10, gündüz 15-20 dərəcə isti olacaq.

Rayonlarda isə hava əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Gecə 5-10, gündüz 20-25 , bəzi yerlərdə 27 dərəcə isti qeydə alınacaq. Dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə gecə 9-14 dərəcə şaxta, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcəyədək isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti