Ukrayndana vəziyyət gərgindir: təyyarə vuruldu, ölənlər var

Ukrayndana vəziyyət gərgindir: təyyarə  vuruldu, ölənlər var
  17 Avqust 2014    Oxunub:4200
Donetsk şəhər icra hakimiyyəti ötən gün ərzində atışma nəticəsində 10 dinc sakinin öldüyünü, daha 8 nəfərin müxtəlif dərəcəli xəsarət aldığını bildirib.

Donetsk şəhər icra hakimiyyətinin açıqlamasında avqustun 16-dan 17-ə keçən gecə şəhərin hər yerindən artileriya atəşi və partlayış səsləri eşidildiyi bildirilir. Bütün gecə davam etmiş intensiv artlleriya atəşi nəticəsində küçədə yaşayayış binaları zədələnib.

Meriyanın məlumatında eləcə də Mospino şəhərində artilleriya atəşi nəticəsində özəl sektora aid 21 yaşayış evinin zədələndiyi bildirilib.

Artilleriya atəşi nəticəsində Donetskdə 50 transformator stansiyasının işi pozulub, nəticədə bir neçə qəsəbə işıqsız qalıb.
Bundan əlavə Ukraynanın Luqansk bölgəsində MİQ- 29 qırıcısı vurulub.

AzVision.az-ın Ans-ə istinadən verdiyi məlumata görə, döyüş təyyarəsi Rusiya yönümlü dəstələr tərəfindən vurulub.

Ukrayna ordu sözçüsü Oleksey Dmitraşkivski pilotun özünü təyyarədən atdığını və aparılan axtarışdan sonra tapıldığını bildirib.

Qeyd edək ki, Rusiya yönümlü separatçı dəstələr bir müddətdir ki, Ukrayna döyüş təyyarələrini hədəf alır.

İyul ayında Ukrayna ordusu ilə separatçıların toqquşduğu bölgədə bir də Malayziya sərnişin təyyarəsi düşürlümüşdü. Amsterdamdan Kuala Lumpura doğru gedən təyyarədə olan 283 sərnişin ilə 15 ekipajdan xilas olan olmamışdı.


Teqlər:





Xəbər lenti