ABŞ-dan Gülənə daha bir zərbə

ABŞ-dan Gülənə daha bir zərbə
  17 Avqust 2014    Oxunub:2378
ABŞ-ın 5 ştatında - Arizona, Luiziana, Pensilvaniya, Texas və Nyu-Cersidə fəaliyyət göstərən və türk sektantı Fətullah Gülənə bağlı olan məktəblərdə də yoxlamalar başlayıb.
ABŞ mətbuatının yaydığı məlumata görə, bu məktəblərin maliyyə fəaliyyəti ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) diqqətini cəlb edib, nəticədə qurum tərəfindən yoxlamalara qərar verilib.

Bundan əlavə, Kaliforniya ştatının Audit üzrə Birləşmiş Komitəsi bu ştatdakı Gülən məktəblərində də yoxlmalar aparmaq ideyasını dəstəkləyib və bunu tövsiyə edib. Yoxlamalar Kaliforniyadakı “Maqnoliya” akademiyasında aparılacaq. Gülənçilərin Kaliforniya ştatındakı 12 məktəbi məhz bu akademiyaya bağlıdır.

Yada salaq ki, bu ilin əvvəllərindən etibarən Azərbaycanda da oxşar proseslər başlayıb. Nəticədə Gülənin nurçu qrupları tərəfindən idarə olunan onlarla məktəb, lisey, Azərbaaycan Beynəlxalq Təhsil Mərkəzi, habelə “Araz” kursları bağlanıb. Bu hadisə Türkiyənin o zamankı baş naziri və indiki prezidenti Ərdoğanın Azərbaycana səfəri ərəfəsində baş vermişdi. Ərdoğan F.Güləni və onun yaratdığı “Hizmət” hərəkatını Türkiyəyə qarşı fəaliyyətdə ittiham edir.(virtualaz.org)


Teqlər:  





Xəbər lenti