İŞİD Avropada terror törədə bilər

İŞİD Avropada terror törədə bilər
  16 Avqust 2014    Oxunub:2571
İraq və Suriyada fəaliyyət göstərərək güclənən İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Avropa və ABŞ-da terror aktları törətməyi planlaşdırır.
Bu barədə AzVision.az ABŞ KİV-nə istinadən xəbər verir.

ABŞ KİV bu barədə məlumatları ABŞ Kəşfiyyat İdarəsinin İŞİD-ə həsr olunan mətbuat konfransında əldə ediblər.

Məlumata əsasən, terrorçular Avropada öz qollarını yaratmaq istəyirlər. Bunun üçün İŞİD ilk öncə Avropadan İraq və Suriya hakimiyyətinə qarşı döyüşməyə gələn yaraqlılardan istifadə edəcək.

Bundan əlavə, iyul ayında İŞİD İraqda xeyli sayda müasir silah və hərbi texnikanın olduğu iki hərbi baza ələ keçirib. Buda yaraqlıların ən son silahlarla təchiz olunmasına mane olmur.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev



Teqlər:  





Xəbər lenti