Rusiya müharibəyə başlayır?

Rusiya müharibəyə başlayır?
  16 Avqust 2014    Oxunub:4157
Ukrayna və dünya ehtiyyatlı olmalıdır, Putin onu məğlubiyyətə aparacaq yoldadır.

AzVision.az-ın məlumatına görə, bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Facebook səhifəsində bildirib.

“Birincisi, Putin “Troya atı” olmadan keçinə bilmir. Gürcüstan məsələsində bu rusiyalı sülhməramlıların Cənubi Osetyada yerləşdirilməsi idi. Məhz bu sülhməramlıların hücumu nəticəsində Rusiya genişmiqyaslı işğal hücuna qazandıra bildi. Bu dəfə Ukraynanın xoşbəxtliyindən onun ərazisindən rusiyalı sülhməramlılar yoxdur və Putin “humanitar karvanla” kifayətlənməli olacaq.

İkincisi, hər dəfə Putin sülh haqqında danışanda yeni qarşudurma başladır.

Üçüncüsü, Rusiya 1993-cü il Abxaziya və 2008-ci ildə Tsxinvalidə olduğu kimi avqust ayında hücum etməyi sevir.

Avqust ayında hava hərbi əməliyyatlar üçün əlverişli olur, qərbli siyasətçilər məzuniyyətə çıxır, insanlar isə televizora az baxırlar.

Ona görə də hazırda Ukrayna və dünya xüsusilə ehtiyyatlı olmalıdır. Putin onu məğlubiyyətə aparacaq yoldadır, lakin əsas olan onun can verməsi əlavə ukraynalıların həyatları hesabına baş tutmasın” – deyə, Saakaşvili yazıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti