Putin Merkellə Ukraynanı müzakirə etdi

Putin Merkellə Ukraynanı müzakirə etdi
  16 Avqust 2014    Oxunub:1335
Rusiya prezidetni Vladimir Putin Almaniya kansleri Angela Merkellə telefon danışığı zamanı Ukraynadakı vəziyyəti müzakirə edib.
Bu barədə AzVision.az Kremlin rəsmi saytına istinadən xəbər verir.

Putin Ukraynada humanitar böhranla əlaqədar öz narahatlığını bildirib. O, həmçinin Merkeli Donetks və Luqansk vilayətlərinə humanitar yardımın çatdırılması missiyasının reallaşdırılması barədə məlumatlandırıb.

Öz növbəsində Merkel Putini Ukraynadakı vəziyyətin sabitləşməsində öz töhvəsini verməyə, xüsusilə də bu regiona silah daşınması və hərbi personalın göndərilməsini dayandırmağa çağırıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti