Sarkisyan başını itirib
Sarkisyan məsuliyyəti ağır iqtisadi vəziyyətə düşmüş əhalinin boynuna qoyur. Keçmiş Qarabağ yaraqlısının sözlərinə görə, pis yaşamalarına görə, ermənilər özləri günahkardırlar, çünki pis işləyirlər.
Serj Sarkisyan altıncı ildir ki, vəzifədədir və onun reytinqi bu gün demək olar ki, zirzəmiyə düşüb. Yerli qəzetlərin yazdığına görə, bu müddət ərzində o bir dəfə də olsun öz komandasının işinin nəticələrini xalqa göstərməyib. Əksinə, bu Cənubi Qafqaz respublikasının jurnalistləri yazırlar ki, ölkədə getdikcə cinayətkar oliqarxiya sistemi güclənir. "Kriminal" adlı yoluxucu xəstəlik özünə məxsus adət və ənənələri olan respublikanın nazirliklərinə və başqa rəhbər vəzifələrinə getdikcə daha çox sirayət edir.
Bununla yanaşı, qəzetlər həyəcanla ərzaq məhsullarının nəzərə çarpacaq dərəcədə bahalaşmasından danışır. Ermənistanda vəziyyət getdikcə gərginləşir və belə görünür ki, hamını işləməyə çağıran Serj Sarkisyana yaxın zamanlarda başqa iş tapacaqlar və o zaman o, heç nəyə görə məsuliyyət daşımayacaq.
Vəziyyətin gərginləşdiyi bir vaxtda "Milli müqəddartını təyinetmə" Birliyinin lideri Paryur Ayrikyan və onun tərəfdarları prezident Serj Sarkisyanı istefa verməyə tələb ediblər.
Sarkisyan qarşımıza şəxsən çıxmasa, ona məktub göndərəcəklər. O, məzuniyyətdən qayıtdıqdan sonra aclıq aksiyası keçirəcəyik.
Ayrikyanın mövqeyilə ölkədə fəaliyyət göstərən partiyaların əksəriyyəti də razılaşır. Ümumi qənaət ondan ibarətdir ki, ancaq Sarkisyanın istefası həm onu, həm də xalqı mövcud bəlalardan qurtara bilər.
Teqlər: