Rusiya Ukraynaya ikinci dəfə nota verdi

Rusiya Ukraynaya ikinci dəfə nota verdi
  15 Avqust 2014    Oxunub:2481
Rusiyanın Ukraynadakı səfirliyi Ukrayna XİN-nə ikinci dəfə nota verib.
AzVision.az-ın məlumatına görə, nota “Rusiya Seqodnya” informasiya agentliyinin foto-müxbiri Andrey Stenin bu ölkədə itməsi ilə bağlıdır.

“Biz operativ kanallarla sorğu edərək Ukrayna XİN-inə ikinci dəfə müvafiq nota göndərdik” – deyə, Rusiyanın Ukraynadakı səfirliyinin yaydığı məlumatda bildirilir. Hazırda diplomatik missiyanın əməkdaşları itən foto-müxbirin axtarışlarını davam etdirir.

Səfirlikdən bildirilib ki, Ukrayna rəhbərliyi hələdə bazar ertəsi bu ölkəyə təqdim edilən ilk notaya cavab verməyib.

Rusiya KİV-nin məlumatına görə, Stenin avqustun 5-də “Sağ sektor”un yaraqlıları tərəfindən saxlanılıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti