Avropa İŞİD-ə qarşı mübarizəyə başladı

Avropa İŞİD-ə qarşı mübarizəyə başladı
  15 Avqust 2014    Oxunub:2811
Böyük Britaniya hökuməti İŞİD-ə qarşı mübarizə aparan kürdləri silahla təchiz etməyə hazır olduğunu bildirib.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Bu məsələ artıq Britaniya Fövqəladə Komitəsi olan “COBRA”nın iclasında da müzakirə edilib. Hələlik İraq kürdləri bununla bağlı Britaniya hökumətinə müraciət etməyib.

Avqustun 15-i İraqa silahın çatdırılması məsələsi Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında müzakirə ediləcək.

Qeyd edək ki, Fransa və ABŞ artıq İraq kürdlərinə silah çatdırmağa başlayıb, Niderland hökuməti isə regionda vəziyyətin gərginləşəcəyi təqdirdə kürdlərə silah çatdıracağını açıqlayıb.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti