Ərdoğan Azərbaycana gəlir

Ərdoğan Azərbaycana gəlir
  15 Avqust 2014    Oxunub:5617
Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyip Ərdoğan vəzifə səlahiyyətlərinə başladıqdan sonra ölkə başçısı kimi ilk səfərini Azərbaycana edəcək.

AzVision.az-ın məlumatına görə, bu barədə Ərdoğan özü jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, prezident kimi ilk rəsmi səfərini Azərbaycana edəcək:

“İlk ölkə xarici səfərim Azərbaycana olacaq. Daha sonra isə Şimali Kipr Türk Cimhuriyyətinə olacaq”,-deyə R.T.Ərdoğan əlavə edib.

Qeyd edək ki, Türkiyənin hazırki baş naziri R.T.Ərdoğan avqustun 10-da keçirilən prezident seçkilərində qalib gəlib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti