Orxan Zeynalov Azərbaycana gəlmək istəyir
Cinayət işinin materiallarına əsasən, 2013-cü ilin 10 oktyabr tarixində Zeynalov Yeqor Şerbakova hücum edərək, onun kürəyi və sinəsinə bıçaqla zərbə endirib. İstintaq zamanı yaxalanan Zeynalov öncə özünü müdafiə etdiyini bildirsədə, daha sonra ümumiyyətlə bu məsləylə əlaqəsi olduğunu təkzib edib.
Baş verən hadisə Rusiya paytaxtının Qərbi Brilyovo rayonunda kütləvi etirazlarla qarşılanıb. O dövrdə insanlar hökümətdən Brilyovun qərb tərəfində olan miqrant məsləsinin həllini və meyvə bazarının bağlanmasını tələb edirdi. Hadizə zəminində 400-dən çox insan saxlanılıb.(ans)
Teqlər: