İŞİD lideri İraqdan qaçdı

İŞİD lideri İraqdan qaçdı
  15 Avqust 2014    Oxunub:2328
İŞİD lideri Əbubəkr əl-Bağdadi İraqdan qaçıb.
Terrorçu qruplaşmanın lideri 250 zirehli avtomobil karvanı ilə Mosuldan Suriyaya yola çıxıb.

Qeyd edək ki, bu ilin iyun ayında Mosul başda olmaqla İraqın bir neçə şəhərini ələ keçirən və son bir ayda kürdlərə qarşı hücumlara başlayan İŞİD beynəlxalq ictimaiyyətin hədəfinə çevrilib.

Artıq ABŞ aviasiyası İŞİD-in mövqelərinə bir neçə dəfə zərbələr endirib. Terrorçu qruplamaya qarşı İraqda quru əməliyyatlarının başlaması istisna olunmur. Bu baxımdan İŞİD liderinin İraqı tərk etməsi gözləniən idi. Çünki Suriya ərazisində İŞİD lideri özünü təhlükəsizlikdə hiss edə bilər.

Belə ki, ABŞ və müttəfiqləri Suriyada Bəşər Əsəd rejiminə qarşı açıq-aşkar düşmən mövqeyindədir. Hətta, Qərb ölkələrinin Bəşər Əsədə qarşı vuruşan terrorçu qruplaşmalara yardım etdiyi bildirilir.(ans)


Teqlər:





Xəbər lenti