“Euronews”ın yayımı qadağan edildi

“Euronews”ın yayımı qadağan edildi
  15 Avqust 2014    Oxunub:1976
Ukraynada “Euronews” telekanalının rusdilli versiyasının yayımı qadağan olunub.
Ukrayna Milli Teleradio Yayım Şurası provayderlərdən “Euronews” kanalının rusdilli versiyasının yayımını dayandırmağı tələb edib. Şuranın direktor müavini Olqa Gerasimyuk bildirib ki, kanalın rusdilli versiyası daha çox “rus redaksiyasının təbliğat kampaniyası” üzərində qurulub.

Telekanalın Ukrayna dilindəki versiyası fəaliyyətini davam etdirəcək.(apa)


Teqlər:  





Xəbər lenti