ABŞ Əliyevlə Sarkisyanı görüşdürmək istəyir

ABŞ Əliyevlə Sarkisyanı görüşdürmək istəyir
  14 Avqust 2014    Oxunub:3252
Tərəflər atəşkəs rejiminə əməl etməli və vəziyyəti gərginləşdirəcək addımlardan çəkinməlidirlər.

ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Ermənistan və Azərbaycan prezidentlərinin Soçi görüşünü və bu görüşdə əldə olunan razılaşmaların müsbət və əhəmiyyətli olduğunu bildirib.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən məlumat verir.

Səfir yaxın zamanlarda prezidentlərin yeni görüşünün baş tutacağına ümid etdiyini bildirib:

“Prezidentlərin sülh danışıqlarına sadiqliyini təsdiqləməsi olduqca əhəmiyyətlidir. Vyana görüşünün üzərindən xeyli vaxt keçmişdi. Soçi görüşünün keçirilməsi çoxdan gözlənilirdi və biz ümid edirik ki, yaxın vaxtlarda prezidentlər yenidən görüşəcək. Əsas məsələlər üzrə inkişafa nail olmaq üçün daha aktiv danışıqlar prosesi lazımdır”.

ABŞ səfiri Con Heffern son zamanlar Dağlıq Qarabağ təmas xətti və Ermənistan-Azərbaycan sərhəddində baş verən gərginliklərə öz münasibətini də bildirib: “Təxribat xarakterli bəyanatlar və hücumlar tərəflər arasında gərginliyi artırır və bizim ümumi məqsədimizə - münaqişənin sülh yolu ilə nizamlanmasına mane olur.

Qeyd edək ki, ABŞ-ın Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal də açıqlamasında prezidentlərin yenidən görüşəcəyini bildirib.

Onun sözlərinə görə, Parisdə keçirilməsi planlaşdırılan BMT Baş Assambleyasının iclası çərçivəsində nəzərdə tutulan görüş ABŞ və Fransa prezidentləri Barak Obama və Fransua Ollandın təşəbbüsü ilə baş tutacaq.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti