İranda helikopter qəzaya uğradı

İranda helikopter qəzaya uğradı
  14 Avqust 2014    Oxunub:1317
İran Hərbi Hava Qüvvələrinə məxsus helikopter ölkənin cənubunda yerləşən Deyyer limanı yaxınlığında qəzzaya uğrayıb.
Bu barədə AzVision.az “İRNA” agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, Əsəluyə şəhərindən Buşəhr istiqamətinə hərəkət edən vertolyot Dəyyer limanın şərqində qəzaya uğrayıb. Hadisə baş verən zaman helikopterin göyərtəsində 6 nəfər olub. Onlardan dördü müxtəlif dərəcəli xəsarət alıb.

Xəsarət alanlar yaxınlığdakı xəstəxanalara çatdırılıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti