Qəzzada beş günlük atəşkəs

Qəzzada beş günlük atəşkəs
  14 Avqust 2014    Oxunub:1807
Qəzza sektorunda uzunmüddətli atəşkəsin elan olunması ilə bağlı Misirin paytaxtı Qahirədə İsraillə danışıqlarda iştirak edən Fələstin nümayəndə heyyəti Qəzzada beş günlük atəşkəsin elan olunması ilə bağlı razılığa gəlindiyini açıqlayıb.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Atəşkəs rejiminin əvvəlcə 72 saat uzadılması nəzərdə tutulsada sonradan bu müddət daha iki gün də uzadılıb. İsrail tərəfi hələlik bununla bağlı rəsmi açıqlama verməsə də, əvvəllərdə bu təşəbbüsü dəstəkləyib.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.

Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 1900- a çatıb. Münaqişə nəticəsində 70 İsrail vətəndaşı öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti