Türk deputat əsgərlərimizə baş çəkdi

Türk deputat əsgərlərimizə baş çəkdi
  14 Avqust 2014    Oxunub:1740
Türkiyə Böyük Millət Məclisinin deputatı İhsan Şener bir neçə gün öncə Türkiyəyə aparılan yaralı əsgələrimizə baş çəkib.
AzVision.az xəbər verir ki, əsgələrimizin müalicə aldığı xəstəxanaya gələrək, onlarla görüşən deputat bildirib ki, Türkiyə hər zaman yardıma ehtiyacı olan insanlara kömək edib:

`Türkiyə həmişə köməyə ehtiyacı olan şəxslərə yardım edib. Qarabağda yaralanan soydaş, qardaş Azərbaycan əsgələrini ziyarət etdik. Türkiyə onlarında evidir. Qardaşlarımız üçün nə lazımdırsa ediləcək. Onlara şəfa diləyirəm`-deyə, millət vəkili əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti