İŞİD daha bir şəhəri ələ keçirdi

İŞİD daha bir şəhəri ələ keçirdi
  13 Avqust 2014    Oxunub:3069
“İraq və Şam İslam Dövləti” yaraqlıları Suriyanın şimalında yerləşən Hələb vilayətində Ahterin şəhərini ələ keçirib.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Türkiyə ilə sərhəddə yerləşən vilayətdə Surya prezidenti Bəşər Əsədə sadiq qüvvələrlər İŞİD yaraqlıları arasında döyüşlərin getməsinə dair məlumatlar ötən gün gecə saatlarında yayılmışdı.

Regionda işləyən jurnalistlərin sözlərinə görə, şəhərin tutlması ilə bağlı xəbər öz təsdiqni taparsa bu İŞİD qruplaşmasının qərbə doğru xeyli irəliləməsi anlamına gələcək.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti