Türkiyə-Ermənistan sərhədləri açılmayacaq

Türkiyə-Ermənistan sərhədləri açılmayacaq
  13 Avqust 2014    Oxunub:1673
“Sentyabr ayında Ermənistanla sərhədin açılacağına dair iddianın heç bir əsası yoxdur”.
AzVision.az xəbər verir ki, bu sözləri APA-nın Türkiyə müxbiri ilə söhbətində Türkiyə prezidenti yanında xarici məsələlər üzrə məşvərət şurasının üzvü, səfir Gürcan Türkoğlu deyib.

“Türkiyə-Ermənistan sərhədinin sentyabrda açılacağına dair Türkiyə mətbuatında iddialar ortaya atılır. Bunlara nə dərəcədə inanmaq olar?” - sualına G. Türkoğlu belə cavab verib: “Bu xəbərlərin heç bir əsası yoxdur. Xarici İşlər Nazirliyinin bunu təkzib etməsi də iddiaların boş olduğunun göstəricisidir. İğdırdan Ermənistanla sərhəddəki Əlican gömrük məntəqəsinə qədər olan yola asfalt döşənməsi sərhədin açılması üçün deyil, bölgədəki əhalinin rahat hərəkət edə bilməsi üçün edilib”.

Qeyd edək ki, səfir Gürcan Türkoğlu A. Gülün istər xarici işlər naziri, istərsə də prezident olduğu dövrdə ona ən yaxın diplomatlardan biri olub.


Teqlər:





Xəbər lenti