Merkeldən kritik Rusiya bəyanatı

Merkeldən kritik Rusiya bəyanatı
  13 Avqust 2014    Oxunub:1934
Almaniya kansleri Angela Merkel bəyan edib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalara baxmayaraq o bu ölkənin lideri Vladimir Putinlə danışıqları davam etdirmək niyyətindədir.
Bu barədə AzVision.az “Deutsche Welle”yə istinadən xəbər verir.

“Sanksiyalara baxmayaraq Rusiya prezidenti ilə danışıqlar aparmağa çalışacam” – deyə, Merkel bildirib.

O həmişə Moskva ilə konstruktiv danışıqlar aparmağa çalışdığını və bundan sonra səylərinin davam etdirəcəyini bildirib.

Lakin Merkel eyni zamanda Rusiyanın Ukraynaya qarşı addımlarını dəstəkləmədiyini bildirib: “Ölkələrin ərazi bütövlüyünün qorunması əsas Avropa dəyərdir”.

Onun fikrincə, Ukrayna özü müstəqil, azad şəkildə demokratik qaydalar əsasında Konstitutsiyasına dəyişiklik etmək imkanını əldə etməlidir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti