Putindən Ollanda kritik zəng

Putindən Ollanda kritik zəng
  12 Avqust 2014    Oxunub:3044
Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransua Olland telefon danışığı zamanı Ukraynanın cənub-şərqində gərgin vəziyyəti və humanitar problemləri müzakirə edib.
Bu barədə AzVision.az Kremlin rəsmi saytına istinadən xəbər verir.

“Putin Fransa prezidentini Ukraynanın şərqində humanitar böhranın aradan qaldırılması üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə birgə gördükləri iş barədə ətraflı məlumatlandırıb. Telefon danışığı zamanı həmçinin Rusiya – Fransa münasibətlərinin aktual məsələləri, İraq böhranı və Qəzzadakı vəziyyət müzakirə olunub” – deyə, Kremlin yaydığı məlumatda bildirilir.

Putin eyni zamanda Fransa prezidenti Fransua Ollandı 60 illik yubleyi münasibəti ilə də təbrik edib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti