Türkiyədə daha bir mədən çökdü

Türkiyədə daha bir mədən çökdü
  12 Avqust 2014    Oxunub:1974
Türkiyədə yenidən mədən çökməsi baş verib.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Zonquldağ şəhərinin Dilavər məhəlləsində özəl mədən çöküb.

Bunun nəticəsində isə mədəndə olan 9 nəfər içəridə qalıb.

Qeyd edək ki, qardaş ölkədə mayın 13-də Türkiyənin Soma qəsəbəsində mədən partlamışdı. Faciə nəticəsində 301 nəfər ölüb, 486 nəfər isə yaralanıb.


Teqlər:  





Xəbər lenti