Ərdoğanı beyətə çağırdı

Ərdoğanı beyətə çağırdı
  12 Avqust 2014    Oxunub:1895
Türkiyədə prezident seçilən Rəcəb Tayyib Ərdoğan şok təhdid alıb.
Özünü xəlifə elan İŞİD lideri Əbubəkr əl-Bağdadi Ərdoğana ona beyət etməyi təklif edib.

Terrorçu qruplaşma rəhbəri "Twitter"də atdığı tvitdə Türkiyənin yeni prezidentini təhdid edib:

"Ərdoğan dünyəvi bir insandır, şəriətə görə davranmır və peşmergəni dəstəkləyir... Yaxında özünüzü İslam oğullarının birbaşa qarşısında görəcəksiniz. Ərdoğan dərhal mənə beyət etməlidir".

İŞİD-ə görə mürtəd elan edilən Ərdoğanın bu təhdidlərə necə cavab verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, İŞİD lideri Əbubəkr əl-Bağdadinin əslində yəhudi kəşfiyyatçısı ölduğu bildirilir.

Belə ki, ABŞ-ın Rusiyada sığınacaq tapmış Edvard Snouden Bağdadinin ərəb yox, yəhudi olduğunu açıqlamışdı. Əsl adının Şimon Eilot olduğunu bildirmişdi(Ans)


Teqlər:





Xəbər lenti