Rusiya Ukraynaya nota verdi

Rusiya Ukraynaya nota verdi
  11 Avqust 2014    Oxunub:2504
Rusiyanın Ukraynadakı səfirliyi Ukrayna XİN-nə nota verib.
AzVision.az-ın məlumatına görə, nota “Rusiya Seqodnya” informasiya agentliyinin foto-müxbiri Andrey Stenin bu ölkədə itməsi ilə bağlıdır.

“Biz operativ kanallarla sorğu edərək Ukrayna XİN-inə müvafiq nota göndərdik” – deyə, Rusiyanın Ukraynadakı səfirliyinin yaydığı məlumatda bildirilir. Hazırda diplomatik missiyanın əməkdaşları itən foto-müxbirin axtarışlarını davam etdirir.

Rusiya KİV-nin məlumatına görə, Stenin avqustun 5-də “Sağ sektor”un yaraqlıları tərəfindən saxlanılıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti