Ərdoğanı hansı prezidentlər təbrik etdi?
Ötən gün axşam saatlarında prezident İlham Əliyev Ərdoğana telefonla zəng edib. Dövlət başçısı Ərdoğanı prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi qəlbdən təbrik edib, ona Türkiyə xalqının firavanlığı və əmin-amanlığı naminə ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra Ərdoğanı Avropa Komissiyasının sədri Joze Manuel Barroz təbrik edib. Bildirib ki, gələcəkdə daha yaxşı əməkdaşlıq etmək arzusundadırlar.
Ağ Evin beynəlxaq təhlükəsizlik şurasının sözçüsü Caitlin Hayden də Ərdoğanı ABŞ prezidenti adından təbrik edib.
Bosniya-Herseqovina Prezident Şurasının sədri Bakir İzzətbəyoviç, Pakistan prezidenti Məmnun Hüseyn və baş nazir Navaz Şərif, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Şimali Kipr Türk Cümhuriyyərinin president Derviy Əroğlu da Ərdoğana təbriklərini çatdırıb.
Almaniya kansleri Angela Merkel də təbrikə qoşulanlar siyahısındadır.
Sevinc İltifatqızı