Dəhşətli partlayış: Ölənlər var

Dəhşətli partlayış: Ölənlər var
  11 Avqust 2014    Oxunub:1878
İraqın şimal-şərqində qanlı terror aktı törədilib.
AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, güclü partlayış nəticəsində 10 kürd hərbçisi öldürülüb, daha 80 nəfər isə yaralanıb.

Məlumata əsasən terror aktı Cəlavla şəhərində baş verib. Terror aktı İŞİD və kürd hərbçilər arasında baş verən döyüşlər zamanı öldürülüb.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti