Qəzzada üçgünlük atəşkəs

Qəzzada üçgünlük atəşkəs
  11 Avqust 2014    Oxunub:1825
İsrail və HƏMAS bazar ertəsi növbəti dəfə üçgünlük atəşkəs rejiminin elan olunması barədə razılığa gəlib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Məlumata əsasən, atəşkəs rejimi pozulmayacağı təqdirdə rəsmi Təl-Əviv Misirin paytaxtı Qahirədə danışıqları davam etdirəcək.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.

Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 1900- a çatıb. Münaqişə nəticəsində 70 İsrail vətəndaşı öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti