Ərdoğan Türkiyə prezidenti oldu

Ərdoğan Türkiyə prezidenti oldu
  11 Avqust 2014    Oxunub:2665
Türkiyənin baş naziri, AKP-nin namizədi Rəcəb Tayyib Ərdoğan seçkilərdə qələbə qazanıb.

AzVision.az Anadoli Ağentliyinə istinadən xəbər verir ki, ilk dəfə xalq tərəfindən keçirilən seçkilərin qeyri-rəsmi nəticələrinə görə, Ərdoğan Türkiyənin 12-ci prezidenti seçilib.

Qeyd edək ki, artıq seçki qutularının 96 faizi açılıb. Nəticələrə görə, Ərdoğan 52,6 faiz səslə liderdir.

Əkmələddin İhsanoğlu 38, 27 faiz, Səlahəddin Dəmirtaş isə 9,38 faiz səs toplaya bilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti