Türkiyədə prezident seçkiləri başa çatdı

Türkiyədə prezident seçkiləri başa çatdı
  11 Avqust 2014    Oxunub:2885
Türkiyədə keçirilən prezident seçkiləri başa çatıb.
AzVision.az xəbər verir ki, bu gün yerli saatla 08:00-da başlayan 12-ci prezident seçkiləri 18:00-da başa çatıb.

Prezidentlik kürsüsü uğrunda hazırki baş nazir, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Rəcəb Tayyib Ərdoğan, müxalifətin vahid namizədi Əkmələddin İhsanoğlu və Barış və Demokratiya Partiyasının (BDP) həmsədri Səlahəddin Dəmirtaş mübarizə aparıb.

Seçkinin ilkin nəticələri avqustun 11-də elan ediləcək. Türkiyə MSK avqustun 15-də prezident seçkilərinin rəsmi nəticələrini açıqlayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti