Avropada İsrailə qarşı etiraz - FOTO

Avropada İsrailə qarşı etiraz - FOTO
  10 Avqust 2014    Oxunub:1277
Avropanın bir neçə ölkəsində İsrail əleyhinə etiraz aksiyaları keçirilib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, London və Parisdə yüzlərlə insan küçələrə çıxaraq İsrailin Qəzzaya hücumlarına etiraz edib.

Londonda “Fələstinə ədalət”, “Azad Fələstin”, “İsrail terror dövlətidir” kimi şüarlar səsləndirən etirazçılar İngiltərəni İsrailə silah satışını dayandırmağa çağırıb.

Parisdə də insanlar İsrailə qarşı etiraz əlaməti olaraq küçələrə yürüş ediblər. Etirazçı kütlə İsrailin müsəlmanların qatili olduğunu bildirib. Onlar İsraili dərhal müharibəni dayandırmağa çağırıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti